"Qaradağ Maşınqayırma" zavodunun istehsal etdiyi işıq dirəkləri modelləri müxtəlif ərazilərin işıqlandırılması, kütləvi mədəni və idman tədbirlərində işıqlandırılmanın həyata keçirilməsi, habelə sənayedə və tikintidə gecə işləri görülərkən təcili ehtiyac olduqda istifadə olunur. 

Zavodumuz sizə münasib qiymətli, yüksək keyfiyyətli işıq dirəklərini təqdim edir. Şəhər mühitində istifadə olunması nəzərdə tutulan işıq dirəklərimizin geniş çeşidləri mövcuddur. 

Poladdan hazırlanması dirəklərimizin uzun illər sizə xidmət edəcək dayanıqlığa malik olmasına səbəb olur.

 

Müştəri ilə rahat və məhsuldar işləmək üçün tam çeşidli xarici işıqlandırma xidmətləri təqdim edirik. İlkin olaraq peşəkar mütəxəssislərimiz müəssisənizin ərazisindəki lampaların gücünü və dayaqların hündürlüyünü seçəcək. İşıqlandırma məhsullarının geniş çeşidinə əsasən bir spesifikasiya hazırlayaraq, müəssisəyə ən qısa müddətdə çatdırılmasını təmin edəcəklər. "Qaradağ Maşınqayırma Zavodu"-nun istehsal etdiyi işıq dirəkləri istənilən səviyyəli obyektlər üçün optimal olacaq. 

Enerji qənaətli həllərin yaradılması, avadanlığın enerji istehlakı, layihəyə uyğun işıqlandırma səviyyəsində əhəmiyyətlidir. Zavodumuzda müxtəlif çeşiddə istənilən görünüşə uyğunlaşacaq həm klassik, həm də modern məhsulların çox çeşidi mövcuddur. Məhsullarımız, obyektinizin mənzərəsinə və memarlıq xüsusiyyətlərinə diqqətlə yanaşmağımız memar və dizaynerin yaratdığı harmoniya və estetikanı pozmayacaqdır. 

Məhsullarımızın ahəngdar dizaynlı və yüksək keyfiyyətli olması çoxsaylı mükafatlar və sertifikatlar almağımıza səbəb olmuşdur.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.