"Qaradağ Maşınqayırma Zavodu" iş dünyasındakı müvəffəqiyyəti üçün ən əhəmiyyətli amil olaraq, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi bilik və bacarıqlara sahib olan işçiləri ilə müştəri tələblərini və gözləntilərini öz hədəfləri ilə birləşdirir. 

Sektorda lider şirkət olmaq məqsədi ilə işimizə başladıq və bu sektorda qalıcı olmaq və daha yaxşı xidmət göstərmək üçün peşəkar həll yolları ilə iş ortağınız olmaq istəyirik. Zavodumuz sizə mexaniki klapanların ən yüksək səviyyədə istehsalını təqdim edir. 

Mexaniki klapanlar beynəlxalq standartlara uyğun olaraq dəyişkən ölçülərdədirlər. 


Mexaniki klapanlar ümumiyyətlə mühərrik və ya silindr istiqamətini idarə etmək üçün istifadə olunur; bir dövrədə digər funksiyaları da yerinə yetirə bilərlər. Klapanlar mexaniki və ya elektron olaraq istifadə olunur. Mexaniki klapanlar fərqli funksiyaları da yerinə yetirərək, sistemin daha yaxşı işləməsini təmin edir. 

Zavodumuz fəaliyyətə başladığı gündən etibarən mexaniki klapanların dayanıqlığı və etibarlılılğını, eyni zamanda müxtəlifliyini təmin edir. Yüzlərlə marka və minlərlə məhsul seçimi arasında sizə ən uyğun variantı təqdim edərək şirkətlərə həll ortaqlığı verir. 

Həmçinin zavodumuz bu sahələrdə, avtomatlaşdırma və mühəndislik sahəsindəki, xüsusən də məhsul tədarükü, layihə dizaynı, sistemə qulluq və təmir kimi xidmətlərdə şirkətlərin bütün ehtiyaclarını ödəməyi öz üzərinə götürmüşdür. 

Əsas məqsədimiz müştərilərimizin gözləntilərini gözlədiklərindən daha yüksək keyfiyyətli xidmətlə təmin etməkdir.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.