"Qaradağ Maşınqayırma" zavodu sənayenin fasiləsiz inkişafına və gələcək nəsillər üçün təbii ehtiyatlardan ən səmərəli istifadəyə böyük bir dəyər verir. Texnologiyanın davamlı inkişafı və təkmilləşdirilməsi, yüksək standartlara uyğunluq zavoda müştərilərinə dünya səviyyəli məhsul və xidmətlər təqdim etməyə imkan verir. Zavodumuz sifarişçilərin tələbinə əsasən müxtəlif uzunluqlu və müxtəlif tipli dərinlik nasosları istehsal edir:

  • R – Qondarma, ştanqlı
  • T – Qondarılmayan, Borulu

Zavodumuz AZS012-98 API Spec 11AX standartına uyğun istehsal olunmuş müxtəlif növ ştanqlı dərinlik nasosları təmin edir. Digər qondarma nasoslarından fərqli olaraq bizim təklif etdiyimiz nasoslarda mexaniki bərkidicinin lövbəri nasosa bərkidilir. Lövbərin nasosun üzərində olması bir çox üstünlüklərə malikdir. 

Nasosun əsas tərkib hissəsi olan silindr xüsusi qalvanika dəzgahda xromlaşdırılır. Emal olunmuş silindirlər yüksək qarışıqlı asqarlarda korroziyaya uğramır və digər kəsici, aslayıcı, təsiredici materialların təsirindən qorunmağı təmin edir.

Boru tipli nasosların üstün və fərqli cəhətləri:


Bu tipli mexaniki bərkidicinin əsas mexanizmi lövbər, bürünc materialından hazırlanmış konus, birləşdirici pəstah üç hissədən ibarət bir qovşağdır. Birləşdiricinin üzərində yerləşdirilən lövbər basmaq ilə klapan qovşağı arasında möhkəmliyi təmin edir. Sirkələnmənin qarşısını alır. Geri axmanın qarşısın alaraq hermetikliyi təmin edir. Bürüncdən hazırlanan konus yeyici, aslayıcı və paslanmanın qarşısını almağa tam təminat yaradır.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.