Vakansiya

Frezerçi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İstifadəsinə təhkim edilən frez dəzgahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilməli;
  • İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyin olunmasını bilməli;
  • Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını bilməli;
  • Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
  • Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
  • Verilmiş tapşırıqların texnologiyaya uyğun aparılmasına nəzarət etməli, problem yarandıqda mühəndis – mexanikə məlumat verməli və səbəbini araşdırmalı;
  • Əgər iş zamanı hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilingərlərə aidiyyatı üzrə müraciət etməlidir və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
  • Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
  • İş yerini təmiz saxlamalı;
  • Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
  • Öz fəaliyyəti ilə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.

TƏHSİL/TƏCRÜBƏ:

  • Təhsil tələb olunmur;
  • İş təcrübəsi - ən azı 1 il
  • Hərbi xidmət - tələb olunmur

Çilingər

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir etməli;
  • Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirməli;
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmalı və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirməli;
  • Dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirməli;
  • İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparmalı və yenilərini hazırlamaq üçün sifarişlər verməli;
  • İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak etməli;
  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etməli;
  • Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etməli;
  • Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl etməli;
  • Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli;
  • Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
  • Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli;
  • Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli;
  • Avadanlıqların işində qüsur olduqda,texnoloji rejim pozulduqda,iş yerində bədbəxt hadisə baş verdikdə vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli;
  • Sahədə kənar şəxslərin olmasına yol verməməli;
  • İş yerini daim təmiz saxlamalı;
  • İşə başlamazdan əvvəl şəxsən iş yerinin vəziyyətini yoxlamalı və avadanlığın sazlığı haqqında sahə rəisinə məlumat verməli.

TƏHSİL/TƏCRÜBƏ:

  • İş təcrübəsi - 5 il;
  • Təhsil tələb olunmur;
  • Hərbi xidmət-tələb olunmur;

Müraciət edin

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.