"Qaradağ Maşınqayırma" zavodu Neft və Qaz sənayesi avadanlıqları və onların ehtiyat hissələrinin istehsalı, əsaslı təmiri üzrə ixtisaslaşmış müəssisədir. 

Zavod 2002-ci ilə qədər Azərbaycan Dövlət Neft Şirkətinin "Maşınqayırma" İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərmişdir, 2004-cü ildən isə özəlləşmiş Açıq Səhmdar Cəmiyyətdir.

Son vaxtlar müəssisədə aparılan təmir bərpa işləri və yeni avadanlıqların alınıb quraşdırılması Neft və Qaz sənayesi üçün istehsal olunan avadanlıqların çeşidinin artmasına, keyfiyyətin yüksəlməsinə və əlavə iş yerlərinin açılmasına imkan vermişdir.


2009-cu ildən müəssisə ştanqlı – dərinlik nasoslarının (RHAM, THM) istehsalını mənimsəmişdir.


Eyni zamanda son texnoloji avadanlıqların alınıb quraşdırılması, daha keyfiyyətli məhsulun istehsalına zəmin yaratmışdır. 2009-cu ildən Dövlət Neft Şirkətinin "Azneft" İB ilə sıx əməkdaşlıq edir və bizim istehsal etdiyimiz nasoslar neft quyularında yüksək performansla işləyir.



Bununla bərabər müəssisədə aşağıdakı məhsullar istehsal olunur:

  • Drosseli bağlayıcı qurğu – DZU 250
  • Tal Kanatının Sakitləşdiricisi - UTK
  • UV-250 üçün qida borusu
  • U8-6MA nasosu üçün sağ/sol qoruyucu örtüklər
  • Səyyar işlər vaqonlar - VY-6
  • SKN -3 Redukturun ehtiyat hissələri
  • SKN -5 Redukturun ehtiyat hissələri
  • SKN -6 Redukturun ehtiyat hissələri
  • MD-nin balansiri
  • MD-nin şatun başlığı yığımda
  • 4,8,10 tonluq buraz diyircəkləri
  • Neft sənayesində istifadə olunan redukturlar

Zavodda həmçinin, maşınqayırma məhsullarından başqa qara metal və profillərdən, əlvan metal töküklərindən məmulatlar istehsal edən sex yaradılmışdır.


Sex ən müasir avadanlıqlar ilə komplektləşdirilmişdir. İstehsal olunan müxtəlif formalı işıq dirəkləri, reklam lövhələri, fontanlar, barmaqlıqlar, məhəccərlər, qapı və darvazalar elektrostatik toz boya ilə rənglənir, xüsusi kameralarda yüksək temperaturda bişirilir. Bu isə istehsal olunan məhsullara yüksək keyfiyyət, estetik gözəllik və paslanmaya davamlı olmağa zəmin yaradır.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.